MİRZƏ ƏBDÜRRƏHİM TALIBOV – (1837 Təbriz -10 mart 1911 Temirxan-Şura) — azərbaycanlı nasir, publisist və maarifçi İlk təhsilini mollaxanada aldıqdan sonra mədrəsədə təhsil almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. 16 yaşında rus dilini öyrənmək və təhsilini yüksəltmək məqsədilə Tiflisə gedərək təhsilini orada davam etdirmiş, rus, ingilis və fransız dillərini öyrənmişdir. 
M.Ə.T alıbov bütün əsərlərini 55 yaşından sonra yazıb. Danışıqda Azərbaycan Türkcəsindən istifadə etməsinə baxmayaraq bütün əsərlərini farsca yazıb. 
“İzahat dər xüsusi azadi” (“Azadlıq haqqında izahat)” adlı kitabı Məşrutə inqilabının qələbəsindən sonra 1906-cı ildə, “Siyasəti-Talibi” (“Talibin siyasəti” kitabı isə ölümündən bir neçə ay sonra 1911-ci ildə Tehranda çap olunub. İlk orijinal bədii əsəri “Kitab yüklü eşşək” alleqorik romanında maarifçiliyi təbliğ etmişdir. 
Səfineyi-Talibi”, ya “Kitabi Əhməd” (“Talibin gəmisi”, yaxud “Əhmədin kitabı” iki cilddə) əsəri Azərbaycan ədəbiyyatında uşaqların həyatından bəhs edən ilk kitabdır. Müəllifin özünün yazdığına görə o bu əsəri Fransız maarifçisi Jan Jak Russonun “Emil və ya tərbiyə haqqında” əsərindən təsirlənərək yazıb. Kitab müəllif və onun uydurulmuş 7 yaşlı oğlu arasında baş verən dialoqlardan ibarətdir. O əsərdə oğulun ataya verdiyi suallar vasitəsi ilə tarixi, elmi, siyasi və dini məsələlərə aydınlıq gətirmişdir.
Oğul:
– Ağa, kağızı nədən hazırlayırlar?
Ata:
– Köhnə parçadan, ipəkdən, pambıqdan, müxtəlif otlardan, samandan, ağacdan.
Çağdaş dövrümüzdə daha nədən hazırlayırlar?

Bənzər yazılar