Təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır.

Həmçinin akkreditasiya təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır.

Təhsil müəssisəsinin akkreditasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Mektebgushesi.az AzEdu.az -a istinadən 2018-2019-cu tədris ilində akkreditasiyası keçirilən müəssisələrini təqdim edir:

Azərbaycan Dillər Universiteti
Bakı Mühəndislik Universiteti
Mingəçevir Dövlət Universiteti
Azərbaycan Respublikası DİN-nin Polis Akademiyası
Azərbaycan Respublikası Gömrük Komitəsinin Akademiyası
AR DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbi
Naxçıvan Müəllimlər İnstitutu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı
Bakı Dövlət Universitetinin Qazax filialı

Bənzər yazılar