Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Şirvan xanı Qasım xanın xanlıq möhürünü aşkar etdiyini bildirib.


AZƏRTAC-ın bölgə müxbirinə Qasım xanın və nəslinin ictimai-siyasi fəaliyyətini uzun zamandır araşdırdığını söyləyən alim möhürü Qasım xanın nəticəsi Ağarəzi xan Qasımxanovun nəvəsi olan, hazırda Bakı şəhərində yaşayan Xanlar Qasımxanovla görüşü zamanı onların ailə sənədləri içərisində gördüyünü qeyd edib.


Qeyd edək ki, möhürün dəstək hissəsi metaldan (tunc), möhür hissəsi isə sədəfdən hazırlanıb. Eni 29 millimetr, uzunluğu 33 millimetrdir. Möhürün üzərində “Lə iləhə illəllah əl-məlikül-haqqül-mübin. Əbduhu Muhamməd Qasım. 1210” yazılıb. Tərcüməsi belədir: “Açıq-aşkar Haqqın sahibi ondan başqa ilah olmayan Allahdır. Onun bəndəsi Məhəmməd Qasım. Hicri 1210-cu il (miladi 1796-cı il)”.

Bənzər yazılar