“II və III ixtisas qrupları üzrə yay qəbul imtahanlarında sualların çətinlik səviyyəsi proqrama tam uyğun idi.

Hər zaman texniki xətalı  suala rast gəlinmədi”

Mektebgushesi.az xəbər verir ki, , Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elçin Əfəndi deyib. Onun sözlərinə görə, imtahan normal qaydada təşkil olunub:

“Bütün suallar demək olar ki, vahid proqramı əhatə edirdi. Fikrimcə, əla hazırlıq keçən hər abituriyent sualları rahatlıqla cavablandırmaq imkanına malik idi.

II və III ixtisas qrupları üzrə yay qəbul imtahanlarında sualların çətinlik səviyyəsi proqrama tam uyğun idi. Texniki xətaya yol verilmiş hər hansı suala rast gəlinmədi”.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə keçirilən yay qəbul imtahanlarının nəticəsi 22 iyulda açıqlanacaq.

Bənzər yazılar