9 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün bu dəqiqəyə olan göstəricilərə əsasən, ümumilikdə 22.862 abituriyent ərizəsini təsdiqləyib.

DİM -in verdiyi məlumatda qeyd olunur ki, Azərbaycan bölməsi üzrə 22.221, rus bölməsi üzrə 641 abituriyent qeydiyyatdan keçib.

Xatırladaq  ki, 9 illik bazada kolleclərə ərizə qəbulu fevralın 22-dən martın 11-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək kolleclərə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 5 dək qeydiyyatdan keçə bilərlər.

Bunun üçün onlar  “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə  “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiq etməlidirlər.

Mektebgushesi.az

Bənzər yazılar