Dərc olunub: 13.07.2019

Azərbaycan Dövlət İqtisad (UNEC) və Türkiyənin Sakarya universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən “Ömürboyu təhsil və liderlik” mövzusunda V beynəlxalq elmi konfransa yekun vurulub.

UNEC-dən Mektebgushesi.az-a bildirilib ki, beynəlxalq elmi konfransın bağlanış mərasimində növbəti ildə konfransın İtaliyada keçirilməsinə qərar verilib.

Tədbirdə UNEC-in rektoru adından konfransın koordinatoruna və plenarçılara hədiyyələr təqdim edilib. Sonra Türkiyənin Afyokarahisar Universiteti Konservatoriyasının solisti Berna Öztürk və pianoçu Natiq Hacıyevin ifasında konsert olub.

Qırxa yaxın ölkədən 250-dək təhsil və elm adamının iştirak etdiyi konfrans çərçivəsində iştirakçılar üçün şəhər turu təşkil olunub.

Bənzər yazılar