Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən qəbul imtahanının nəticələri iyulun 22-də elan olunacaq.

Mektebgushesi.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, iyulun 8-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalına başlanılıb. Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin iyulun 22-də elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, 7 iyulda II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirilib.

Bənzər yazılar