Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı, “LEAD Education” Təhsil və İnnovasiya Mərkəzinin və Yurd Gənclərin İntellektual İnkişafı İctimai Birliyinin təşkilati dəstəyi ilə “Gələcəyin Qurucuları” adlı II Yay Liderlik Məktəbinə start verilir. Liderlik məktəbinin müddəti 7 gün olmaqla düşərgə formatında keçiriləcək.

Layihənin məqsədi:

· ADPU, onun tarixi və fəaliyyəti haqda tələbələrə-xüsusi ilə də region filiallarımızda təhsil alan tələbələrə ətraflı məlumatlar vermək

· Gənclərin yay istirahətinin səmərəli keçirilməsini təmin etmək

· Tələbələrin sosial-ictimai aktivliklərinin artırılması

· Gənclərdə liderlik,komanda ilə iş və başqa keyfiyyətlərin yaradılması

· TGT və onun suturukturu haqda maarifləndirilmə işlərinin aparılması

· Fəal və xüsusi istedadlı gəncləri seçilərək aşkara çıxarılması və gələcək fəaliyyətlərə cəlb edilməsi

· ADPU tələbələri arasında səmimi dostluq əlaqələrinin yaradılması

Kimlər iştirak edə bilər?

· ADPU və ADPU-nun region filiallarının tələbələri

· Azərbaycan Dövlət Pedqoji Kollecinin tələbələri

· Laihədə yalnız I-II-III tədris ili tələbələri, eləcə də yeni qəbul olmuş tələbələrin iştirakı mümkündür.

İştirak etmək istəyənlər qeydiyyat forumunu doldurduqdan sonra müsahibə mərhələsinə dəvət olunacaqlar, yalnız müsahibə mərhələsini uğurla başa vuran şəxslər layihədə iştirak hüququ qazanacaq.

Son müraciət tarixi: 25.07.2019

Düşərgənin keçirilmə tarixi: 01.08.2018 – 08.08.2019

Məkan: Quba

Qeydiyyat forması:

https://forms.gle/cCx6xYkM3iuHtiN69

Qeyd: Layihə çərçivəsində bütün xərclər təşkilatçılar tərəfindən qarşılanacaq

Əlavə məlumat üçün:

Bakı şəhəri, Üzeyir Hacıbəyli 68, AZ1000

Telefon: (012) 493 58 45

(070) 547-75-75 E-mail: info.adpu.tgt@gmail.com

Bənzər yazılar