Azərbaycan Dillər Universitetinin (ADU) magistrantı Fatimə Vəliyeva Bolqarıstanın Bansko şəhərində “Gənclər sahəsi üçün onlayn aktivlik” adlı təlim kursunda iştirak edib.

ADU-dan Mektebgushesi.az-a bildirilib ki, 10 ölkədən 30 gənci birləşdirən təlim kursunun əsas məqsədi gəncləri və QHT-ləri insan haqları sahəsində məlumatlandırmaq və onların potensialını inkişaf etdirmək olub. Təlimdə gənclər zorakılıq əleyhinə onlayn kampaniyaların həyata keçirilməsi barədə təcrübələrə yiyələniblər.

İştirakçılar müxtəlif qrup işlərində, QHT-lərdə olan PR istiqamətləri, strategiyalarla bağlı sessiyada fəallıq göstəriblər.

Bənzər yazılar