Dərc olunub: 16.07.2019

2019/2020 –cı tədris ilində ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas qruplarına görə ayrılan plan yerlərinin sayı açıqlanıb.

I ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə: 14031 yer; rus bölməsi üzrə: 1000 yer; ümumilikdə 15031 yer ayrılıb.

II ixtisas qrupu, Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə: 13241 yer; rus bölməsi üzrə: 1000 yer; ümumilikdə 14241 yer;

III ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə: 10266 yer; rus bölməsi üzrə: 1005 yer; ümumilikdə 11271 yer;

IV ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə: 3310 yer; rus bölməsi üzrə: 305 yer; ümumilikdə 3615 yer;

V ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə: 3462 yer; rus bölməsi üzrə: 119 yer; ümumilikdə 3581 yer ayrılıb.

Dövlət sifarişli plan yerlərinin sayı I qrup üzrə 9496, II qrup üzrə 3147 III qrup üzrə 3782, IV qrup üzrə 2318 və V qrup üzrə 1511 yerdir.

Ümumilikdə dövlət sifarişli yerlərin sayı 20.254-dür.


Bənzər yazılar