Dərc olunub: 16.07.2019

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yeni tikilməkdə olan məktəbdən oğurluq edən şəxs saxlanılıb.

Mektebgushesi.az Modern.az-a istinadən xəbər verir ki, Astara rayonunun Kijəbə qəsəbəsinin sakini A. Laçınov RPŞ-yə ərizə ilə müraciət edərək gecə saatlarında rayonun Burzubənd kəndində yerləşən yeni tikilməkdə olan məktəbdən hər birinin uzunluğu 6 metr olan 20 bağlama döşəmə taxtasının oğurlandığını bildirib. Astara RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş şəxsin rayonun Burzubənd kənd sakini İkraməli Kakayev olduğu müəyyən edilib və o saxlanılıb. Oğurladığı 20 bağlama döşəmə taxtası aşkar edilərək aidiyyati üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır

Bənzər yazılar