İyulun 16-da ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Aysel Məmmədova imtahanda 58 bal toplayıb.

Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildiriblər ki, Aysel Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsil alıb.

Müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun 24-dək davam edəcək.

Bənzər yazılar