Mektebgushesi

Müəllimlərin işə qəbulu imtahanlarında növbəti yüksək bal

İyulun 16-da ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Aysel Məmmədova imtahanda 58 bal toplayıb. Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildiriblər ki, Aysel Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsil alıb. Müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun 24-dək davam edəcək.

Azərbaycanın ən gənc magistrantı AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda təhsil alacaq

Ölkənin ən gənc magistrantı, 19 yaşlı Nigar Veysəlova Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) təhsil alacaq. NKPİ-dən Mektebgushesi.az -a bildirilib ki, Nigar Veysəlova Bakı Dövlət Universitetinin məzunudur. O, nanomateriallar kimyası ixtisası üzrə respublikada ən yüksək bal – 131 bal toplayıb. Nigar magistratura təhsilini Azərbaycan elminin ən qocaman, bu il […]

ADNSU ilə Berlin Humboldt Universiteti arasında əməkdaşlıq genişlənir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Almaniyanın Berlin Humboldt Universitetinin nümayəndə heyəti ilə görüşüb. ADNSU-dan Mektebgushesi.az-a bildiriblər ki, görüşdə professor Mustafa Babanlı rəhbərlik etdiyi universitetin tarixi və fəaliyyəti barədə məlumat verib. Almaniya universitetləri ilə əlaqələrdən, həmçinin mübadilə proqramlarından danışan rektor mövcud əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Berlin Humboldt Universitetinin professoru […]