Dərc olunub: 18.07.2019

İyulun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı 22 iyul – Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri ilə görüşüb.

Görüşdə M.Babanlı Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə və mətbuata daim xüsusi önəm verdiyini vurğulayıb.

Rektor ADNSU-da elmin, təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qazanılan nailiyyətlər barədə məlumat verib.

Müasir cəmiyyətdə mətbuatın rolundan danışan professor Mustafa Babanlı ölkəmizdə onun azad, demokratik şəraitdə fəaliyyətinə geniş imkanlar yaradıldığını söyləyib, Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

Sonra jurnalistlərə hədiyyələr təqdim olunub.

Bənzər yazılar