Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında saziş əsasında birgə doktorantura proqramı çərçivəsində elan olunmuş müsabiqənin vaxtı iyulun 29-dək uzadılıb.

Akademiyadan Mektebgushesi.az-a bildirilib ki, seçilmiş namizədlər həm AMEA, həm də Monpelye Universitetinin doktorantı kimi qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcəklər. Proqramın şərtlərinə görə, doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində, 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görüləcəklər.

Müraciətlər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi tərəfindən qəbul olunur. Sənədlər haqqında ətraflı məlumat və ərizə formaları üçün Beynəlxalq əlaqələr idarəsinə müraciət edilə bilər.

Bənzər yazılar