Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri milli mətbuatın tarixi, ölkənin qəzet və jurnalları, peşəkar, fəxri adlara layiq görülmüş jurnalistləri haqqında məlumatların “viki”ləşdirilməsində önəmli fəaliyyətə imza atıb. Bu günədək milli mətbuat mövzusunda yüzlərlə məqalə yaradılıb və əsaslı redaktə edilib.

Bunu AZƏRTAC-a müsahibəsində MEK-in direktor müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk söyləyib. O bildirib ki, 2018-ci ildə mətbuat tarixinin 143-cü ildönümü ilə əlaqədar MEK-in “Vikipediya” Metodik Mərkəzi tərəfindən 143 məqalə yaradılıb.

Qeyd edək ki, MEK-in milli mətbuat ilə informasiya resurslarının birləşdirilməsi, yüksəkkeyfiyyətli və etibarlı informasiya istehsalçılarına çevrilməsi, “təhlükəsiz informasiya” prinsiplərinin formalaşdırılması, Azərbaycana aid informasiyanın məzmun və texniki təhlükəsizliyinin təmin edilməsi, elmi cəhətdən etibarlı istinad yeri olan informasiya bazasının yaradılması kimi məsələləri müzakirə edir, Milli Mətbuat İnformasiya blokuna davamlı şəkildə töhfə verir.

Bənzər yazılar