Dərc olunub: 29.07.2019

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi ölkəmizdə ilk dəfə keçirilən Milli Yaylaq Festivalında iştirak edib.

ADMİU-dan Mektebgushesi.az-a bildirilib ki, festivala rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzə fəlsəfə doktoru Sevil Kərimova, dekan müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli, dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əziz və universitetin tələbələri qatılıblar. Dizayn ixtisası üzrə təhsil alan tələbələr Fidan Cəfərova, Teyyub İskəndərzadə və Günay Rüstəmovanın əsərləri festival iştirakçılarının xüsusi marağına səbəb olub. Tələbə rəssamlar azyaşlı ziyarətçilərə ustad dərsləri keçiblər.

Festivalda ADMİU-nun tələbələrinə Mədəniyyət Nazirliyinin sertifikatları təqdim olunub.

Bənzər yazılar