Dərc olunub: 30.07.2019

İnternetin cəmiyyət həyatının bütün sahələrinə nüfuz etdiyi qloballaşma dövründə hər bir insan real ölkə ilə yanaşı, virtual məkanın da vətəndaşıdır və o, İKT-nin yaratdığı imkanlardan geniş istifadə edir.

AZƏRTAC xəbər verir ki, bu fikri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev növbəti elmi seminarda səsləndirib. Alimin sözlərinə görə, kimya, sosiologiya, arxeologiya və digər elm sahələri üzrə tədqiqatlarda səmərəli nəticə əldə etmək, araşdırmaların daha keyfiyyətli aparılmasını təmin etmək üçün ilk növbədə, İKT-nin imkanlarından geniş istifadə olunmalıdır.

Akademik sosial proseslərin İKT vasitəsilə təhlilinə başlamaq üçün sosial informatikanın elmi-nəzəri əsaslarına dərindən yiyələnməyin əhəmiyyətindən danışıb: “Tədqiqat predmeti cəmiyyətdə informasiyanın təsiri məsələləri, sosial proseslərdəki qanunauyğunluqlar, bu proseslərin analizi üçün nəzərdə tutulan metod və vasitələrdir. Bu sahədə İKT vasitələrindən istifadə etməklə ölkədə və dünyada baş verən sosial proseslərin modelləşdirilməsi və proqnozlaşdırılması üçün ümumi intellektual sistemin yaradılması zəruridir”.

Bənzər yazılar