Dərc olunub: 31.07.2019

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino və Televiziya fakültəsinin Operator sənəti ixtisası üzrə 4-cü kurs tələbəsi Nicat Əhmədov S.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun təşkil etdiyi 11-ci Beynəlxalq Yay Kino Məktəbində iştirak edib.

100 yaşlı kino məktəbinin təşkilatçılığı ilə keçirilən yay məktəbinə Azərbaycanla yanaşı, Çin, Özbəkistan, Ekvador, Macarıstan və Belarusdan tələbələr  qatılıb.

N.Əhmədov Beynəlxalq Yay Məktəbinin Animasiya seksiyasında iştirak edib. Seksiyanın əsas mövzusu Svetloqorsk şəhəri, onun tarixi, mifləri və əfsaənləri olub. 


Kino məktəbinin iştirakçıları üçün animasiya və multimediya fakültəsinin tədris auditoriyalarına, kompüter siniflərinə və pavilyonlarına eksursiya təşkil edilib. Tələbələr, həmçinin qabaqcıl animasiya texnologiyaları ilə işləyən Motion Capture (Hərəkətin tutulması) pavilyonu ilə tanış olublar.

Tələbələr birlikdə böyük multimediya layihəsində iştirak edib, eləcə də kiçik qruplar şəklində eksperimantal və qarışıq texnikalar əsasında kiçik animasiya və multimediya süjetlərinin hazırlanması üzərində çalışıblar. Tələblərin hazırladığı işlər Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rəsmi saytında yerləşdirlib. 


Yay məktəbi çərçivəsində iştirakçılara məşhur İsveçrə rejissoru Otto Adler, eyni zamanda Rusiyanın tanınmış kino mütəxəssisləri Yelena Yaremenko, Aleksey Zayçev və Stanislav Sokolov ustad dərsi keçiblər.


Tələbələr “Baltk debütləri” kino festivalının jüri sədri Marko Müller, kinoşünas Alena Şumakova, “Listapad” Minsk Beynəlxalq Kino Festivalının proqram direktoru İqor Sukmanov, finlandiyalı prodüser və ssenarist İlkka Matila, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rektoru Vladimir Malışev, universitetin prodüser mərkəzinin baş direktoru Fedor Popovla da tanış olmaq imkanı qazanıblar. 


Qeyd edək ki, N.Əhmədov yay məktəbində fəal iştirakına görə S.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun sertifikatına və “Baltik debütləri” kino festivalının diplomuna layiq görülüb.

Bənzər yazılar