Dərc olunub: 28.08.2019

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Ötən həftə 150 nəfərədək namizəd müsahibə mərhələsində iştirak edib.

Mektebgushesi.az xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Eşqi Bağırov söyləyib. O qeyd edib ki, Təhsil nazirinin müvafiq əmrinə əsasən direktor vəzifəsinə işə qəbul üzrə növbəti müsabiqənin keçirilməsi ilə bağlı qərar qəbul olunub və müsabiqə barədə elan verilib. İyulun 13-dən 19-dək direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. Ümumilikdə 3 min 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 min 273-nün elektron ərizəsi təsdiqlənib. Müsabiqənin avqustun 2-də keçirilmiş test imtahanı mərhələsində 1643 nəfər iştirak edib. Onlardan 800 nəfərə yaxın namizəd keçid balı toplayıb.

Təhsil Nazirliyinin şöbə müdiri 2019-2020-ci tədris ili üçün direktor vəzifəsi üzrə vakant yerlərə peşəkar və səriştəli direktorların təyin olunacağını deyib.

Bənzər yazılar