Dərc olunub: 29.08.2019

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı bu gün saat 17:00-da başa çatır.

DİM -dən Mektebgushesi.az -a verilən məlumata görə, abituriyentlər 29 avqust saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Göstərilən müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.

Bənzər yazılar