Dərc olunub: 29.08.2019

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək. Birinci yarımil oktyabrın 1-dən yanvarın 26-dək, ikinci yarım il isə fevralın 1-dən mayın 31-dəkdir.

Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), 5 gün əlavə tətil (1-5 may) olacaq. Məşğələlərin müddəti həftədə 4 gün olmaqla (12 məşğələ) müəyyən olunur:

– Bir gün ərzində 3 məşğələ;

– Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə;

-Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Bənzər yazılar