Dərc olunub: 30.08.2019

Avqustun 31-dən tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan yerlərinə ixtisas seçimi başlayacaq.

Mektebgushesi.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, ixtisas seçimi sentyabrın 4-dək davam edəcək. İxtisas seçimi DİM-in rəsmi saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə sentyabrın 6-dan 11-dək aparılacaq.

Bənzər yazılar