Dərc olunub: 30.08.2019

SOCAR-ın Elm Fondu 2019-cu il üçün qrant müsabiqəsinin nəticələrini açıqlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasından Mektebgushesi.az -a bildirilib ki, müsabiqə komissiyasının və ekspertlərin yekun rəyləri nəzərə alınaraq, SOCAR-ın Elm Fondunun İdarə Heyətinin qərarı ilə 26 elmi tədqiqat (ET), 1 xüsusi (XL) və 3 həvəsləndirici mükafat (HM) olmaqla 30 qrant layihəsi müsabiqənin qalibi elan edilib.

Xatırladaq ki, müsabiqə Azərbaycan Milli Elmlər Akademiyasında işləyən alimlərə əlavə yaradıcılıq imkanları yaratmaq, fundamental və tətbiqi xarakterli elmi tədqiqat işləri, neft, qaz və neft-kimya sənayesi ilə bağlı innovativ elmi araşdırmaları daha da inkişaf etdirmək məqsədi daşıyır.

Ümumilikdə müsabiqəyə təqdim olunan layihələrdən 113–ü texniki ekspertizadan keçib.

Bənzər yazılar