Şair İlham Qəhrəmanın yeni şeirlər kitabı çap olunub.

Mektebgushesi.az xəbər verir ki, bu haqda Kulis.az a müəllif özü məlumat verib. O, “Qanun” nəşriyyatında çıxan “Şairin vətəni sevgidir” adlı kitabı 60 yaşının tamamında üzvü olduğu qurum tərəfindən ona bir hədiyyə kimi qəbul etdiyini vurğulayıb. Belə ki kitab bütövlükdə AYB-nin maliyyə dəstəyi ilə işıq üzü görüb. Bu münasibətlə İlham Qəhrəman onun yaradıcılığına göstərdiyi diqqətə görə AYB-nin sədri Anar müəllimə təşəkkürünü bildirdi.

Adı çəkilən kitabda oxucular müəllifin son illərdə yazdığı şeirlərlə yanaşı, əvvəlki kitablarında getmiş şeirlərdən seçmələri də oxuya biləcəklər. Şeirlərin məzmununa görə bölmələrə ayrıldığı kitabda şairin yaxın günlərdə yazdığı “Yaddaş” poeması da yer alıb. Kitabın korrektoru şairin qızı filoloq Nigar İlhamqızı, kitabda illüstrasiya kimi istifadə olunan rəsmələrin müəllifi isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) tələbəsi gənc rəssam Sitarə Hüseyinlidir.

Xatırladaq ki, “Şairin vətəni sevgidir” müəllifin səkkizinci şeirlər kitabıdır. Onlardan ikisi İranda (Tehran və Təbriz) çap olunub.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi

Bənzər yazılar