Dərc olunub: 03.09.2019

“Avqust ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya soyadların dəyişdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən heç bir müraciət daxil olmayıb”.

Mektebgushesi.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Qeyd edək ki, bu ilin avqust ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 48 müraciətə baxılıb və körpələrə 22 adın qoyulmasının qarşısı alınıb. Həmçinin bu ilin avqust ayı ərzində Azərbaycanda körpələrə qoyulan adlarından 26-sı yenidir.

Bənzər yazılar