AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə oktyabrın 22-də “Ərtoğrol Cavid-100” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Akademiyadan Mektebgushesi.az-a bildirilib ki, Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunan konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 15-dək məruzələrinin tam mətnlərini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblər:

– Kağızın formatı – A4, Word redaktorunda;

– məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;

– müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;

– Həcmi – 5 səhifədən çox olmamalıdır;

– Şrift – Times New Roman 12; sətirlərarası interval – 1,5;

– İstinadlar – avtomatik, səhifənin sonunda (şrift – Times New Roman 10);

– məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Bənzər yazılar