Azərbaycan Dillər Universitetində (ADU) “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün treninqlər təşkil olunub.

ADU-dan Mektebgushesi.az -a bildirilib ki, bu ali məktəbin Multikulturalizm Mərkəzi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə keçirilən treninqlərdə ali təhsil müəssisələrindən 85-ə yaxın müəllim iştirak edir.

Treninqlərdə BBMM-in mütəxəssisləri Rəşad İlyasov, Asəf Qənbərov, Güney Həsənova, Elnurə Həsənova, Anar Qafarov, Eyyub Kərimov, Billurə Aslanova, Şəmşad Əlizadə və Rəfi Qurbanov mühazirə oxuyublar.

Təhsil Nazirliyinin göstərişinə əsasən keçirilən treninqlər sentyabrın 13-dək davam edəcək.

Bənzər yazılar