Sentyabrın 6-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, Sumqayıt şəhəri, Abşeron, Şuşa, Qubadlı və Zəngilan rayonları təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsində ümumtəhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.

Tədbirdə qeyd edilən şəhər və rayonların təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsində qazanılan nailiyyətlər və qarşıda duran vəzifələrdən danışıb. Nazir müavini istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlər nəticəsində həm respublika, həm də beynəlxalq olimpiadalarda şagirdlərin uğurlarının ildən-ilə artdığını qeyd edərək, bu il Bakıda nüfuzlu Beynəlxalq İnformatika Olimpiadasının təşkilinin əhəmiyyəti haqqında söz açıb. F.Qurbanov, həmçinin açılması nəzərdə tutulan xüsusi istedadlı uşaqlardan ibarət lisey siniflərə uşaqların cəlbi, risk qrupuna daxil olan təhsilalanlar və bu kimi məsələlərlə bağlı görüləcək işlərə toxunub.

Sonra yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfransın qərar layihəsi hazırlanıb.

Bənzər yazılar