Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən tarixi memarlıq abidələri, Bakının qədim binaları haqqında məqalələr yaradılır və redaktə olunur.

MEK-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan dilində olan “Vikipediya”da Kərbəlayi İsrafil Hacıyevin evi və Yeni Avropa otelinin binası haqqında məqalə yaradılıb. Məqalədə binaların tarixi, memarlıq xüsusiyyətləri barədə məlumatlar əksini tapıb.

Məqalələrlə daha ətraflı qeyd olunan linkdə tanış olmaq mümkündür.

“Vikipediya”da bu istiqamətdə məqalə yaradılması prosesi davam edir.

Bənzər yazılar