Avropa Komissiyasının “Horizon 2020” proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsinin üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında olublar.

MEK-dən Mektebgushesi.az-a bildirilib ki, layihənin ümumi əlaqələndiricisi Avstriyanın Karl və Frans adına Qrats Universitetinin Cənub-Şərqi Avropa tarixi və antropologiyası kafedrasının müdiri, professor Karl Kayzer və həmin kafedranın əməkdaşı Dominik Qutmayer kitabxananın fəaliyyəti ilə tanış olublar. Qonaqlar əvvəlcə “Heydər Əliyev – 95”, “Azərbaycan Xalq Cümhuriyyəti – 100”, “İlham Əliyev”, “İsa Həbibbəyli – 70“, “Xocalı soyqırımı”, “31 Mart soyqırımı” mövzusunda nümayiş etdirilən sərgilərə baxıblar. Həmçinin Akademiklər zalında yerləşən Diplomatik fondla, Nadir kitab fondu və Qərbi Avropa ədəbiyyatı fondunun fəaliyyəti ilə də maraqlanıblar.

“Horizon 2020” proqramının iştirakçıları MEK-də qeydiyyatdan keçərək, oxucu bileti əldə edib və burada bir neçə gün tədqiqat aparmaq niyyətində olduqlarını bildiriblər.

Bənzər yazılar