Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “İmadəddin Nəsimi: sələflər və xələflər – orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda keçirilmiş XVII ənənəvi respublika elmi konfransının materialları toplu halında nəşr olunub.

İnstitutdan Mektebgushesi.az-a bildiriblər ki, topludakı məqalələr “Nəsimişünaslıq müasir mərhələdə” və “Sələflər və xələflər” bölmələri üzrə təsnif edilib.

Konfransın materialları AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin redaktəsi ilə nəşr olunub.

Toplunu nəşrə hazırlayan tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.

Bənzər yazılar