Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İffifaqı Respublika Komitəsinin  5-7 sentyabr tarixlərində “Təhsil” istirahət mərkəzində təşkil etdiyi konfransda iştirak edib. “Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində Tələbə Həmkarlar İttifaqı Komitələrinin vəzifələri: forma və metodlar” adlı konfransın təşkilat komitəsində ADNSU THİK sədri, eyni zamanda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gənclər Şurasının sədri  Namiq Gəncəyev və 7 nəfər fəal tələbə universiteti uğurla təmsil ediblər.

Qeyd edək ki, 3 gün ərzində keçirilən konfransda THİK fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb, qərarlar qəbul edilib. Konfransa 19 ali təhsil müəssisəsinin 100-dən çox tələbəsi qatılıb.

Bənzər yazılar