Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində yüksək bal toplayaraq respublikanın müxtəlif universitetlərinə qəbul olan tələbələrlə görüş keçirilib.

AMEA-dan Mektebgushesi.az-a bildirilib ki, görüşdə bölmənin sədri, akademik Fuad Əliyev gəncləri təbrik edib, əvvəlki illərlə müqayisədə cari ildə qəbul nəticələrinin artdığını və 60 faizə yüksəldiyini söyləyib.

Akademik ölkə rəhbəri İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın elmə, təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, bu gün Gəncə şəhərində yüksəkixtisaslı müəllim heyətinin, maddi-texniki bazası zəngin məktəblərin olduğunu və nəticədə savadlı gənclərin yetişdirildiyini bildirib.

Daha sonra bölmənin Rəyasət Heyəti tərəfindən tələbə adına layiq görülən 8 nəfər mükafatlandırılıb.

Görüşdə, həmçinin professor Həsənbala Sadıqov, fəlsəfə doktoru Faiq Hacıyev, işlər müdiri Rasim Tağıyev, laboratoriya müdiri Mehriban Məmmədova və valideynlər çıxış edərək gənclərə verilən dəyərin onların inkişafında böyük əhəmiyyət kəsb edəcəyini vurğulayıblar.

Sonda magistrantlar və tələbələr çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Bənzər yazılar