Dərc olunub: 17.09.2019

AMEA-nın Folklor İnstitutu Azsaylı xalqların folkloru şöbəsində böyük elmi işçi (1 yer) vəzifəsini tutmaq üçün müsabiqə elan edir.

Akademiyadan Mektebgushesi.az-a bildirilib ki, müsabiqədə uyğun ixtisas üzrə iş təcrübəsi olan elmlər və fəlsəfə doktorları iştirak edə bilərlər. Sənədlər (direktorun adına ərizə, əmək kitabçasının surəti, diplomların surəti, elmi əsərlərin siyahısı, tərcümeyi-hal, kadrların şəxsi uçot vərəqi, 3×4 ölçüdə 2 şəkil) 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Bənzər yazılar