Dərc olunub: 17.09.2019

Universitetlərə qəbul olunanların təxminən 5%-i qeydiyyatdan keçməyib. 

Mektebgushesi.az xəbər verir ki bu barədə Bizim yol qəzeti məlumat verib.

Məlumatda qeyd olunur ki, 2019-cu ildə ali təhsil müəssisələrinə qəbul olunanların 95%-i qəbul olduqları təhsil müəssisələrində qeydiyyatdan keçiblər. 

Ali təhsil müəssisələrinə qəbulun I mərhələsi və boş qalan plan yerlərinə qeydiyyatdan keçənlərin sayı 41.500-ə yaxındır.

Xatırladaq ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri ali məktəbə göndərilmir. 

Bənzər yazılar