Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Harmonik analizin müasir problemləri və tətbiqləri” mövzusunda seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin “Kəsr maksimal kommutator üçün bəzi qeydlər” mövzusunda məruzəsi dinlənilib. Sonra kəsr maksimal kommutator üçün alınmış müəyyən nöqtəvi qiymətləndirmə müzakirə olunub.

Bənzər yazılar