Dərc olunub: 24.09.2019

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə sənəd qəbulu başa çatıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, uyğun namizədlər sentyabrın 25-dək müsahibə mərhələsinə dəvət olunacaqlar.

Sentyabrın 26-dan 30-dək bu namizədlər üçün müsabiqə mərhələsinin təşkil edilməsi nəzərdə tutulur.

Yekun nəticələr oktyabrın 1-də elan ediləcək.

Bənzər yazılar