Dərc olunub: 24.09.2019

Bakıda özümü evimdəki kimi hiss edirəm. Şəhərinizdəki müsbət dəyişikliklər məni heyran edir. İkinci dəfədir ki, IAEA-nın ölkənizdə keçirilən konfransına qatılıram. Konfrans çox yüksək səviyyədə təşkil edilib. Bu tədbir nəinki Azərbaycanda, hətta dünyada təhsilin qiymətləndirilməsi baxımından çox əhəmiyyətlidir.

Bu sözləri IAEA 2019 konfransının əsas məruzəçilərindən biri, Kembric Universitetinin İngilis dili üzrə biliyin qiymətləndirilməsi kafedrasının tədqiqat və beynəlxalq inkişaf bölməsinin rəhbəri xanım Hanan Xalifa AZƏRTAC-a müsahibəsində deyib.

“Sessiyadakı çıxışım “Qiymətləndirmə islahat təşəbbüsü kimi” mövzusuna həsr olunub. Təhsil ekspertləri da öz “uğur hekayələri”ni bölüşməklə iştirakçılara onlardan faydalanmaq imkanı yaradırlar. Qiymətləndirmə xüsusilə təhsil sahəsində islahat təşəbbüslərinin həyata keçirilməsində qarşıya çıxan çağırışların və təhsil sistemlərinin mürəkkəb xarakteri nəzərə alınaraq araşdırılmağa layiq fenomen olaraq qalır. Qərarvermə və fəaliyyət planlaşdırması üçün konkret faktlar təqdim edərək islahat təşəbbüsünün əvvəlində qiymətləndirmənin rolundan bəhs etmişəm. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi bu tədbirdə aparılan təcrübə mübadiləsi müxtəlif ölkələrdə istifadə olunan qiymətləndirmə sistemləri arasında oxşarlıqları öyrənməyə və onlardan faydalanmağa imkan verir”, – deyə H.Xalifa bildirib.

Bənzər yazılar