Sentyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının Heydər Əliyev auditoriyasında “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, filialın Pedaqoji və ictimai fənlər kafedrasının müəllimləri Mürvət Əliyev, Novruz Kərimov, Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Türkanə Abışova, TEC-nin sədr müavini Ayşən Bağılı və “Tarix və coğrafiya müəllimliyi” ixtisasının II tədris ili tələbələri iştirak ediblər.Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə çıxış edən filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva və filialın Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi Mürvət Əliyev qeyd ediblər ki, doğma Vətən torpaqlarını düşmən tapdağından azad etmək üçün vuruşan və canından keçən milli qəhrəmanlarımızı gənclər arasında hər zaman təbliğ etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək bizim əsas vəzifəmiz, Azərbaycanımız qarşısında olan borcumuzdur.

Tədbirin sonunda çıxış edən gənclər hər zaman Vətənin sadiq müdafiəçiləri olacaqlarını əminliklə bildiriblər.

Bənzər yazılar