Dərc olunub: 25.09.2019

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək

Mektebgushesi.az xəbər verir ki, Cəlilabad rayonunda keçiriləcək qəbulda Cəlilabad və Yardımlı, Biləsuvar, Lənkəran, Lerik, Astara, Masallı rayonlarının  sakinləri iştirak edə bilərlərQəbul 30 sentyabr saat 11.00-da Cəlilabad şəhəri, H.Əliyev Mərkəzində keçiriləcək (ünvan: H.Əliyev prospekti, 242A)

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Lənkəran Regional Bölməsinə (əlaqə telefonu: +994252552482) müraciət etmələri xahiş olunur.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Bənzər yazılar