Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.

İclasda institutun direktoru Məryəm Seyidbəyli elmi müəssisədə nəşrə hazırlanan “Tibbin korifeyləri” və “Tibbin tarixşünaslığı” kitabları barədə məlumat verib, nəşrlərin Azərbaycan elmi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda hüquq üzrə elmlər doktoru Zaur Məmmədovun “Hüquq elminin təşəkkülü, formalaşması və inkişafının xüsusiyyətləri (tarix və müasirlik)”, tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlının “Diasporologiya” kitablarının qısa xülasəsi təqdim edilib. Həmçinin “Nəsimi ili” ilə əlaqədar beynəlxalq konfransın və Azərbaycan Xalq Cümhuriyyətinin əsas simalarından olan Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı dəyirmi masanın təşkil edilməsi qərara alınıb.

Bənzər yazılar