Sentyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında “Məişət zorakılığına qarşı mübarizə sahəsində maarifləndirmə” mövzusunda tədbir keçirilib. Tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Quba Rayon İcra Hakimiyyəti (RİH) aparatının baş məsləhətçisi Aynur Yəhyayeva, Quba Resurs Təlim Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev, adıçəkilən layihə üzrə ekspert Arzu Hüseyn və filialın müəllim və tələbə kollektivi iştirak edib.

Tədbirdə çıxış edənlər məişət zorakılığı və erkən nikahla mübarizə sahəsində qanunvericilik və dövlət qurumlarının fəaliyyəti, məişət zorakılığı və onun növləri, Quba rayonunda bu sahədə görülən işlər haqqında ətraflı məlumat veriblər.

Sonda tələbə-gəncləri maraqlandıran suallar cavablandırılıb.

Bənzər yazılar