Ukraynanın kitabxanalarını təmsil edən nümayəndə heyəti AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, Ukrayna nümayəndə heyəti ilə kitabxanaların inkişafı, onların informasiya texnologiyalarına uyğunlaşdırılması sahəsində təcrübə mübadiləsi və cari vəziyyətinin müzakirəsi məqsədilə görüş keçirilib. Qonaqlar kitabxananın fəaliyyəti, diplomatik fond, nadir kitablar fondu, dissertasiyalar zalı və digər oxu zalları ilə tanış olublar. Ukraynalı qonaqlar MEK-in rəqəmsallaşdırma və açıq elektron mənbələr şöbələrinin fəaliyyətini dərindən öyrəniblər. Görüşdə MEK-in direktoru Leyla İmanova qonaqlarla Kiyev, Poltava, Xarkov kitabxanaları ilə mübadilə və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.

Nümayəndə heyəti tərəfindən MEK-in fonduna Ukraynanın tarixi, mədəniyyəti, memarlığı və ədəbiyyatı ilə bağlı kitablar hədiyyə edilib.

Bənzər yazılar