Azərbaycan istər dil, istərsə də ərazi baxımından türk dünyasını birləşdirən bir körpüdür. İllər keçdikcə bu körpü daha da möhkəmlənir, əhəmiyyəti artır. Bu baxımdan Dünya Türkologiya Mərkəzinin Azərbaycanda yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində tanınmış türkoloq Güllü Yoloğlu deyib.

O bildirib ki, Bakı uzun illər qeyri-rəsmi olaraq dünya türkologiyasının mərkəzi olub. Birinci Türkoloji Qurultayın 1926-cı ildə Bakıda keçirilməsi, hələ sovet dövründə “Sovetskaya turkologiya” jurnalının doğma paytaxtımızda çap olunması bunun əyani göstəricisidir. Məqsədimiz türk xalqların tarixinin, ədəbiyyatının, dilinin və etnoqrafiyasının öyrənilməsi üçün dünya türkoloqlarını bir araya gətirmək, onların apardıqları tədqiqatları bir mərkəzdə cəmləşdirməkdir.

Bənzər yazılar