Dərc olunub: 04.10.2019

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində 5 Oktyabr Beynəlxalq müəllimlər günü münasibətilə “MÜƏLLİM ÖMRÜ”adlı musiqili ədəbi -bədii bayram konserti keçirilib

Tədbirdə kollecin direktoru Balamirzə Məmmədov çıxış edərək müəllimləri təbrik edib. Beynəlxalq müəllimlər günü haqqında, müəllim peşəsinin müqəddəsliyindən danışıb. Ümummilli lider Heydər Əliyevin müəllim peşəsi haqqnda fikirlərini səsləndirb. “Mən müəllim adından yüksək ad tanımıram!” Sonra isə, Rasim Xəlilov, Sevda Həsənova çıxış edərək müəllimləri təbrik ediblər.

Kollecin istedadlı tələbələri Nahidə Elman öz şeirləri ilə, Əsmər tərəkəmə rəqsi ilə, qarmon ifaçısı Asim Azimli, saz ifaçısı Əlövsət Comərdov müəllimləri təbrik etdilər. 1-ci kurs tələbəsi Ləman Niftəliyeva gözəl səsi ilə gözəl mahnılar ifa edərək hamıya xoş anlar yaşadıb. Tədbirin sonunda Kollecin biologiya müəlliməsi Aidə Əsədova çıxış edərək dogum günü olan müəllimləri və Əməkdar müəllim Mehran Əhmədqızını təbrik etdi.Tədbir tələbələrin maraqlı çıxışları ilə sona yetdi. 

Bənzər yazılar