Dərc olunub: 04.10.2019

Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Şəfəq Abdullayevanın “Yaxın Şərq ölkələrinin iqtisadiyyatı” dərs vəsaiti çap olunub.

ADU-dan Mektebgushesi.az -a bildirilib ki, Ş.Abdullayeva bundan əvvəl 1 dərslik, 2 dərs vəsaiti, 8 fənn proqramı, 40-a yaxın elmi məqalə və tezisin müəllifidir. Alimin elmi əsərləri Türkiyə, Rusiya, Polşa, Serbiya və s. ölkələrdə dərc edilib.

Bənzər yazılar