Dərc olunub: 05.10.2019

4 oktyabr 2019-cu il tarixində Kollecdə 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçiildi.

Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu, müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə müəllimlərə minnətdar olmalıyıq. İnsan cəmiyyətinin əzəli və sonu müəllim əməyi ilə bağlıdır. insanlar öyrənə-öyrənə kamilləşmiş, təbiətin sirlərinə yiyələnərək onu ram etmiş, yeni-yeni kəşflərlə öz həyatlarını yüngülləşdirmişlər.

Tədbiri giriş nitqi ilə kollecin direktoru dosent Ruslan Həmidov açaraq qeyd etdi ki, “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Prezident İlham Əliyev dövlətin təhsilə və təhsilin əsas siması olan müəllimə göstərdiyi diqqətin davamlı olacağını bildirdi. Sonra kollecin TGT sədri Sumarə Bağırzadə çıxış edərək Kollecin bütün tələbələri adından əziz və sevimli müəllimlərini bu müqəddəş peşə bayramı münasibətilə təbrik etdi və onlara ugurlar arzuladı. Tədbirdə Kollecin direktor müavini Ü.Rzayeva, şöbə müdirləri F.Kərimli, B.Rüstəmov, tədris hissəsinin müdiri İ.Əyyubova, FBK sədri G.Abdullayeva, müəllimlərdən t.ü.f.d. C.Quliyev, M.Sadıxov, G.Talışxanova, G.Məhərrəmova, N.Axundov, Z.Əliyeva, M.Mikayılova, Ş.Mustafayeva, A.Axundova iştirak edirdilər.

Cəmil Quliyev

Kollecin müəllimi, t.ü.f.d

Bənzər yazılar