Dərc olunub: 07.10.2019

Bakıda keçirilmiş “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının fəxri qonağı – finlandiyalı şairə, tərcüməçi Olqa Svanberq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

AMEA-dan AZƏRTAC–a bildirilib ki, muzeyin zalları ilə tanış olan qonaq klassik Azərbaycan ədəbiyyatına heyranlığını bildirib. O, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin qəzəllərini rus dilinə tərcümə etdiyini vurğulayıb.

Olqa Svanberq muzeyin ekspozisiyasının zənginliyinin onda xoş təəssürat yaratdığını deyərək, rəylər kitabına ürək sözlərini yazıb.

Bənzər yazılar