Dərc olunub: 21.10.2019

Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türkiyənin Uşaq Oyunları İdman Klubları Federasiyasının və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Oyun karvanı Azərbaycanda” layihəsinin proqramına uyğun olaraq uşaqlar üçün əyləncəli idman oyunları keçirilib. AZpress.AZ xəbər verir ki, tədbirdə cənub zonasının 13 rayonundan 8-12 yaşlı 500-dən çox uşaq iştirak edib.

Proqram üzrə keçirilən tədbir zamanı uşaqlar üçün musiqi sədaları altında müxtəlif oyunlar təşkil olunub, yeniyetmə iştirakçılar musiqi sədaları altında rəqs etməklə oyun qurğularlndan istifadə edərək əyləniblər.

Uşaqlara həmçinin Uşaq Oyunları İdman Klubları Federasiyası tərəfindən xüsusi hazırlanmış köynəklər hədiyyə olunub.

Sonda uşaqlar yüksək əhval-ruhiyyə ilə tədbirin keçirildiyi məkandan ayrılıblar.

Bənzər yazılar